Qəzza zolağında ölən fələstinlilərin sayı 34 mini keçib

Qəzza zolağında ölən fələstinlilərin sayı  34 mini keçib backend

2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 34,5 mini keçib, 77,7 mindən çox insan isə yaralanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.

"İsrailin Qəzza zolağına təcavüzü nəticəsində qurbanların sayı 34 535 nəfərə çatıb, daha 77 704 nəfər isə yaralanıb", - Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Departament əlavə edib ki, son 24 saat ərzində Qəzzada 47 nəfər ölüb, daha 61 nəfər yaralanıb. Qəzza zolağında çalışan xilasetmə xidmətləri 10 minə qədər insanın dağıntılar altında qala biləcəyini vurğulayır.

QAZİLER.AZ

Diaspora