Belarus hakimiyyəti ölkədə ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir.
Qaziler.az “BelTA”ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kostyukoviçi şəhərinin sakinləri ilə ünsiyyətdə olarkən deyib.
"Yəqin ki, bizim cəmiyyətimiz post-Çernobıl sindromundan əziyyət çəkib. Hələ ki fikirləşirik... Həqiqətən də ikinci stansiya tikmək istərdik", - Lukaşenko qeyd edib.
QAZİLER.AZ