Dünya bazarında kakaonun qiyməti həftənin əvvəlindən 17,5% ucuzlaşaraq bir ton üçün 8,9 min dollardan aşağı düşüb.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bunu “ICE Futures” birjasının məlumatları sübut edir.
Çərşənbə axşamı günü kakao paxlasının may fyuçersləri hər ton üçün 8850 dollardan (-11,35%) satılır. Cümə günü bir ton üçün 10,729 dollar səviyyəsində bağlanıb.
Aprelin 19-da kakaonun birja qiyməti bir ton üçün 11 min dollar həddini aşaraq yeni tarixi maksimuma çatmışdı.
Kakao paxlasının birja qiymətləri bu əmtəənin dünyada beşinci ən böyük istehsalçısı olan Nigeriyadan gələn müsbət xəbərlərdən sonra ucuzlaşmağa başlayıb.
QAZİLER.AZ