Kral III Çarlz üç aydan sonra dövlət işlərinə qayıtdı

Kral III Çarlz üç aydan sonra dövlət işlərinə qayıtdı backend

Britaniya kralı III Çarlz xərçəng diaqnozu qoyulandan sonra ilk dəfə dövlət vəzifələrinə qayıdıb.

Qaziler.az bildirir ki, bu barədə yerli “Sky News” telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, aprelin 30-da monarx Universitet Kollecinin Xəstəxanasında yerləşən “Macmillan” Xərçəng Mərkəzinə gəlib. Eyni zamanda onun İngiltərə Xərçəng Araşdırması xeyriyyə təşkilatının himayədarına çevrildiyi açıqlanıb.

Materialda qeyd olunur ki, xərçəng mərkəzinə səfəri çərçivəsində III Çarlz xəstələr və onların yaxınları ilə görüşlər keçirmək niyyətindədir. Vətəndaşlar bu tədbirlərdə ərini müşayiət edən Kraliça Kamilla ilə də ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Eyni zamanda, məqalə müəllifləri mənbələrə istinadən monarxın xərçəngə qarşı müalicəsinin hələ başa çatmadığını vurğulayıblar. Buna baxmayaraq, həkimlər kralın səhhətinin yaxşılaşdığını qeyd edərək, bir sıra ictimai işlərə qayıtmağa imkan veriblər.

QAZİLER.AZ

Diaspora