2023-cü ilin mayında Moskvada keçirilən Qələbə Paradında iştirak etdiyi üçün ölkə prezidenti Şavkat Mirziyoyevi təhqir edən Özbəkistanın Namanqan sakini 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, müvafiq hökmü Respublikanın Namanqan Şəhər Məhkəməsi elan edib.
“Məhkəmə təqsirləndirilən şəxsi “Özbəkistan Respublikasının Prezidentinə qəsd, ictimai təhqir” maddəsinin üçüncü hissəsi ilə təqsirli bilib. O, 5 il müddətinə azadlıqdan məhrum edilib”, - agentlik bildirib.
Aydınlaşdırılır ki, 28 yaşlı gənc sosial şəbəkələrdəki səhifəsində Mirziyoyevin Moskvada Qələbə Paradında iştirakı ilə bağlı Özbəkistan mediasının xəbərlərinin skrinşotunu dərc edib. O, paylaşımda dövlət başçısını tədbirlərdə iştirakına görə təhqir edib.
QAZİLER.AZ