Moldovada lazımsız abidələrin sökülməsi ilə bağlı qərar verildi

Moldovada lazımsız abidələrin sökülməsi ilə bağlı  qərar verildi backend

Moldova hökuməti abidələrin sökülməsi ilə bağlı daha çox hüquqların regional administrasiyalara verilməsi barədə qərar qəbul edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Dorin Reçan açıqlama verib.

“Abidələr haqqında qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi yekdilliklə qəbul edilib. Biz yerli idarələrə daha çox məsuliyyət veririk, belə məsələlər hökumətin gündəliyindən çıxarılmalı, birinci və ikinci səviyyəli administrasiyaların gündəliyinə verilməlidir”, - baş nazir deyib.

Söhbət ictimai asayişi pozan, həm də ədəb-ərkanla ziddiyyət təşkil edən abidələrdən gedir. Dəyişikliklər xüsusilə “B” kateqoriyasına aid abidələrə aid olacaq. Bu arada bəzi fəallar və müxalifət nümayəndələri bildiriblər ki, qərar regional hökumətlərə səlahiyyət verəcək ki, onlar sovet əsgərlərinin abidələrini söksünlər. Çünki Moldovada, demək olar ki, hər bir qəsəbədə oxşar abidələr var.

QAZİLER.AZ

Diaspora