Mask Rusiya-Ukrayna arasında yeganə həll olunmayan problemi açıqladı

Mask Rusiya-Ukrayna arasında yeganə həll olunmayan problemi açıqladı backend

Amerikalı iş adamı İlon Mask Rusiyanın Odessanı nəzarətə götürməsi məsələsini Ukrayna münaqişəsində həll olunmamış sonuncu məsələ adlandırıb.

Qaziler.az bildirir ki, “SpaceX”in rəhbəri “X” sosial şəbəkəsində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin cəbhədə vəziyyətin pisləşməsi ilə bağlı sözlərinə istinad edən “Zero Hedge”in yazısına cavab verib.

“Sonda Rusiya Odessanı alacaqmı? Mənim fikrimcə, bu yeganə həll olunmayan sualdır”, - deyə o yazıb.

İş adamı əlavə edib ki, Rusiya DXR, LPR, Xerson və Zaporojye vilayətlərini tam nəzarətə götürənə qədər dayanmayacaq. O qeyd edib ki, bu barədə hakimiyyət dəfələrlə bəyan edib.

QAZİLER.AZ

Diaspora