PKK-nı müdafiə edən Vəkillər Kollegiyasının sədri həbs olundu

PKK-nı müdafiə edən Vəkillər Kollegiyasının sədri həbs olundu backend

Türkiyədə PKK terror təşkilatını müdafiə edən vəkillər kollegiyasının sədri həbs edilib. Bir neçə gün öncə CNN Türk-də "Tərəfsiz bölgə" proqramına qatılan Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi terrorçuları müdafiə edərək "PKK terror təşkilatı deyildir" deyib.

Bu fikrinə görə Bakırköy 2-ci Sülh Cəza Hakimliyində onun haqqında həbs qərarı çıxarılıb. Kollegiyanın sədri iş otağında həbs olunub. Onun həbs olunmasında Terrorla Mübarizə Şöbə Müdirliyi heyəti, Çevik Qüvvələr iştirak edib.

Qeyd edək ki, PKK Türkiyə Cümhuriyyəti tərəfindən terror təşkilatı kimi qəbul edilir. Ölkəni parçalamağa çalışan bu təşkilat son 50 ildə Türkiyədə on minlərlə insanın ölümünə səbəb olub.

Diaspora