Saakaşvili Gürcüstana qarşı iddiasını geri götürüb

Saakaşvili Gürcüstana qarşı iddiasını geri götürüb backend

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi iddiasını geri götürərək, səhhətinə görə həbs cəzasının ləğvini və xaricə müalicəyə göndərilməsini tələb edib.

Bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə məlumat verib.

Qeyd edək ki, 6 fevral 2023-cü ildə Tiflis Şəhər Məhkəməsi və martın 2-də Tiflis Apellyasiya Məhkəməsi keçmiş prezidentin səhhətinə görə həbs cəzasını təxirə salmaqdan imtina etdikdən sonra Saakaşvilinin vəkilləri AİHM-ə müraciət etmək qərarına gəliblər.

Xatırladaq ki, Saakaşvili 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkisindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gəlib və həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb. Səhhəti pisləşəndən sonra sabiq prezident həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb.

Mənbə: TASS

Diaspora