ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin baş müavini Yuri Kim Ukraynaya xəbərdarlıq edib. O bildirib ki, Ukrayna qışa qədər Rusiyanın enerji sektoruna zərbələrinin ciddi nəticələri ilə üzləşəcək.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir ki, Yuri Kim Rusiyanın Ukrayna dövlətinin enerji infrastrukturuna endirdiyi zərbələri şərh edərkən deyib.
“Biz qışa doğru getdikcə, bunun bəzi təsirlərinin daha qabarıq olacağını gözləyə bilərik. Biz bunu indi tam görmürük, çünki yaz və yayın istihavasından zövq alırıq. Lakin pis olacaq. Biz buna hazır olmalıyıq”, – Vaşinqton Atlantika Şurasında çıxış edən Amerika xarici siyasət departamentinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, buna cavab olaraq və yeni hücumlar ərəfəsində ABŞ Kiyev üçün hava hücumundan müdafiə sistemləri axtarır.
QAZİLER.AZ