Böyük Britaniyanın Dəniz Ticarət Ofisi Yəmənin husi üsyançıları tərəfindən həyata keçirildiyi güman edilən hücum nəticəsində Qırmızı dənizdə ticarət gəmisinə ziyan dəydiyini bildirib.
Qaziler.az “İnterfax.ru”ya istinadla xəbər verir ki, gəminin zədələndiyi, lakin onun və ekipaj üzvlərinin təhlükədə olmadığı qeyd edilib.
Hadisə Yəmənin Moha liman şəhərindən 54 dəniz mili şimal-qərbdə baş verib.
Həmçinin, özəl təhlükəsizlik firması “Ambrey” bildirib ki, Cibutidən Səudiyyə Ərəbistanına üzən Malta bayraqlı konteyner gəmisinə üç raket atılıb.
QAZİLER.AZ