Aprelin 29-da Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili Çinin Gürcüstandakı səfiri ilə görüşüb.
Görüş zamanı Çin səfiri Gürcüstan tərəfinə nota təqdim edib. Notaya əsasən, 10 aprel 2024-cü ildə imzalanmış “Gürcüstan və Çin Xalq Respublikası hökumətləri arasında siravi/adi/pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi ilə bağlı prosedurları tamamlayıb.
Müqaviləyə əsasən, 2024-cü il mayın 28-dən Gürcüstan vətəndaşları Çinə vizasız gedə və orada 30 gün qala biləcəklər.
Hazırda Gürcüstanda Çin vətəndaşları üçün vizasız rejim mövcuddur.
QAZİLER.AZ