Peruda avtobus uçuruma yuvarlanıb: 23 nəfər ölüb

Peruda avtobus uçuruma yuvarlanıb: 23 nəfər ölüb backend

Cənubi Amerikanın qərbində yerləşən Peruda sərnişin avtobusunun uçuruma aşması nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, Peru Televiziyasının məlumatına görə, Soroçuko bölgəsindən Kajamarka şəhərinə gedən avtobus Celendin şəhər magistralında 200 metrlik uçuruma düşüb.

Qəzada 23 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 15 nəfər yaralanıb.

Celendin Bələdiyyə Başçısı Jaime Herrera mətbuata açıqlamasında ölənlərin sayının arta biləcəyini və bəzi cəsədlərin Sendamal çayına düşmüş ola biləcəyini bildirib.

Qəza yerinə çox sayda xilasedici və mülki müdafiə qrupları göndərilib.

QAZİLER.AZ

Diaspora