Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu bildirib ki, “Aster” zenit-raket komplekslərinin istehsalı üçün ölkənin hərbi-sənaye kompleksinin müəssisələrinə üstünlük verilməlidir.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla məlumat verir.
"İlk dəfə olaraq, bir sıra podratçılara “Aster” raket silsiləsindəki hərbi sifarişlərə üstünlük vermək üçün inzibati səlahiyyətlərdən istifadə etdim, mülki sifarişlər isə arxa plana keçəcək", - Lekornu deyib.
Bundan əvvəl Lekornu bildirmişdi ki, Paris 2024-cü ilə və 2025-ci ilin əvvəlinə qədər Ukraynanı raket və yüzlərlə zirehli texnika ilə təmin edəcək. Onun sözlərinə görə, Ukraynanın “belə geniş cəbhə xəttini” saxlamaq üçün bu maşınlara ehtiyacı var.
QAZİLER.AZ