Bu il Rusiya iqtisadiyyatı dünyanın ən güclülərindən olacaq - Böyük Britaniya

Bu il Rusiya iqtisadiyyatı dünyanın ən güclülərindən olacaq - Böyük Britaniya backend

Britaniyanın İcmalar Palatasının Xəzinədarlıq Komitəsinin sədri Harriet Bolduin Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların nəticə vermədiyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Jurnalistlərlə danışan millət vəkili Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü il  proqnozuna diqqət çəkib. Buradan belə nəticə çıxır ki, bu il Rusiya iqtisadiyyatı dünyanın ən güclü iqtisadiyyatlarından birinə çevriləcək.

“Yekdil bir fikir var ki, sanksiyalar nəzərdə tutulan məqsədə uyğun işləmir - Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmır”, - deyə qanunverici vurğulayıb.

O əlavə edib ki, zaman keçdikcə bu məhdudiyyətlərdən yan keçməyin getdikcə daha çox yolları ortaya çıxır.

QAZİLER.AZ

Diaspora