Ukraynadakı münaqişə Putindən asılıdır - Blinken

Ukraynadakı münaqişə Putindən asılıdır - Blinken backend

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna münaqişəsini beynəlxalq hüquqa uyğun olaraq,  danışıqlara razılıq verəcəyinə ümid edir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumu tədbirində deyib.

Onun verdiyi məlumata görə, xüsusi əməliyyatın başa çatması, əsasən Rusiya prezidenti Vladimir Putindən asılıdır.

“Bu (Ukraynadakı münaqişənin sonu) əsasən Vladimir Putindən və onun indi nə qərar verəcəyindən asılıdır”, - Blinken aydınlıq gətirib.

Dövlət katibi əlavə edib ki, Moskvanın BMT Nizamnaməsi əsasında “səmimi danışıqlara” hazır olduğuna ümid edir. Blinken ilk növbədə müstəqillik, ərazi bütövlüyü və suverenlik məsələlərinə toxunduğunu qeyd edib.

QAZİLER.AZ

Diaspora