Danimarka qadınların orduya çağırılmasının mümkünlüyünü açıqlayıb

Danimarka qadınların orduya çağırılmasının mümkünlüyünü açıqlayıb backend

Danimarkada qadınlar üçün hərbi xidmət 2026-cı ilə planlaşdırılan növbəti parlament seçkilərindən sonra tətbiq oluna bilər.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Troels Lund Poulsen deyib.

Müdafiə naziri Danimarkanın müdafiəsini gücləndirməyin vacibliyini qeyd etdi.

Hazırda Danimarka ordusunda qadınlar üçün xidmət könüllüdür.

Kişilərin və qadınların Danimarka ordusuna cəlb edilməsi üçün bərabər şərtlərin müzakirəsi Danimarka hökumətinin hərbi kadrların artırılması sisteminin genişmiqyaslı yenidən qurulması planlarını elan etməsindən sonra baş verir. Eyni zamanda, nazirin qərarın seçkilərə qədər təxirə salınması təklifi onunla izah olunur ki, bir sıra müxalifət qüvvələri - sağ mərkəzçi "Liberal Alyans" və sağçı "Danimarka Demokratları" belə bir islahata qarşı çıxıblar.

QAZİLER.AZ

Diaspora