Türkiyənin Milli İstihbarat Təşkilati İraqın şimalındakı Hakurk bölgəsində son bir həftə ərzində həyata keçirdiyi əməliyyatlarda aralarında təşkilat liderlərinin də olduğu 15 terrorçu zərərsizləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Milli Kəşfiyyat Təşkilatı İraqın şimalındakı Hakurk bölgəsində ardıcıl əməliyyatlar həyata keçirib.
MİT-in aprelin son həftəsində həyata keçirdiyi əməliyyatlarda aralarında təşkilatın icraçı səviyyəli üzvlərinin də olduğu 15 terrorçu zərərsizləşdirilib.
"Terrorçular hücuma hazırlaşırdılar".
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror təşkilatına qarşı dəqiq əməliyyatların bütün bölgələrdə davam etdiriləcəyi və terror təşkilatına sərhəddən heç bir möhlət verilməyəcəyi vurğulanıb. Terror təşkilatının liderlərini hədəf alan və İraqın şimalında PKK-ya dözməyən MİT, qarşıdakı dövrdə İraqda əməliyyatların artırılacağı mesajını verib.
QAZİLER.AZ