Litvanın keçmiş xarici işlər naziri Gürcüstandakı etiraz aksiyalarını şərh etdi

Litvanın keçmiş xarici işlər naziri Gürcüstandakı etiraz aksiyalarını şərh etdi backend

Litvanın keçmiş xarici işlər naziri Linas Linkyaviçus gürcü xalqının hakim “Gürcü arzusu” partiyasının qəbul etmək niyyətində olduğu “xarici agentlər haqqında qanun”un rus analoquna etirazını şərh edir.

Qaziler.az bildirir ki, X şəbəkəsində siyasətçi qeyd edib ki, gürcü xalqı Rusiyanın peyki olmaq istəmir.

“Tiflis. Gürcüstan. Bu, təkcə “xarici agentlər” haqqında rusiyayönlü qanuna etiraz deyil. Bu, xalqın səsi və öz ölkəsini Rusiyanın peyki deyil, azad, müstəqil, avropalı görmək istəyidir”, - Litvanın keçmiş xarici işlər naziri yazır.

Qeyd edək ki, Almaniya Bundestaqının deputatı aprelin 28-də keçirilən etiraz aksiyasında iştirak edib və “bu günlərdə Avropanın ürəyi Tbilisidə döyünür” demişdi.

QAZİLER.AZ

Diaspora