Vladimir Putinin Ukraynanı Rusiyanın tərkibinə daxil etmək üçün xəritədən silmək planı iflasa uğradı.
Qaziler.az-ın məlumatına görə, "The Guardian" xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Ukraynaya gəlincə, biz təkcə Avropada deyil, ondan kənarda da bir çox ölkəni birləşdirə bilmişik, çünki ölkələr təkcə Ukraynaya deyil, həm də beynəlxalq sistemin bəzi fundamental prinsiplərinə qarşı təcavüz olduğunu etiraf edirlər”, o, Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən Dünya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, bu çağırış cəzasız qalsa, o zaman “hər yerdə potensial təcavüzkarlar buna diqqət yetirəcək və dünyamızda daha çox münaqişələr olacaq”.
Eyni zamanda, Blinken qeyd edib ki, koalisiya “inanılmaz dərəcədə cəsarətli ukraynalılara təcavüzü dəf etməyə kömək etdi və indi bu, davamlı səy və davamlı mübarizədir”.
“Vladimir Putinin əvvəldən Ukraynanı Rusiyaya daxil etmək üçün onu xəritədən silmək planları artıq iflasa uğrayıb.
Blinken həmçinin əlavə edib ki, Ukraynaya zamanla uğur qazanmağa imkan verəcək bir plan var: “hərbi, iqtisadi, demokratik sahədə güclü ölkə”.
QAZİLER.AZ