Liviyanın beynəlxalq səviyyədə tanınan parlamenti BMT-nin milli birlik hökumətinə dair təklifini rədd edib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu parlamentin nümayəndəsi Əli Tekbali bəyan edib.
“Deputatların əksəriyyəti BMT-nin təklifini qəbul etməyiblər”, deyə Ə.Tekbalı bildirib. Eyni zamanda, Liviyanın beynəlxalq səviyyədə tanınan parlamenti bəyan edib ki, BMT-nin himayəsi altında sülh prosesində iştirakını davam etdirməyə hazırdır.Qeyd edək ki, oktyabrın 9-da BMT-nin xüsusi elçisi Bernardino Leon Fayez Sərracın başçılığı ilə milli birlik hökumətinə namizədlərin siyahısını razılaşdırmışdı.