Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə üzvü mayın 2-də keçiriləcək bələdiyyə, yerli və regional seçkilərdən sonra baş nazir Rişi Sunakı vəzifəsindən azad etməyə hazırlaşır.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
“Sorğular və fokus qrup araşdırmalarının göstərdiyi kimi, Rişi Sunakın heç bir əhəmiyyəti yoxdur. Söhbət siyasətdən deyil, insanlardan gedir. Sadəcə olaraq, insanlar onu sevmirlər”, - deputat bildirib.
Bundan əvvəl “The Telegraph” qəzeti Britaniyanın hazırkı baş naziri Rişi Sunakın Mühafizəkarlar partiyasının qarşıdan gələn seçkilərdə fəlakətli məğlubiyyətə uğrayacağını yazmışdı. 14,000 nəfərin rəyi soruşulan araşdırma, Torilərin parlamentdə cəmi 169 yer, Keir Starmerin müxalif İşçi Partiyasının isə 385 yer qazanacağını və 120 səslə öndə olacağını proqnozlaşdırır.
Materialda qeyd olunur ki, bu nəticənin 1906-cı ildən bəri hakim partiyaya dəstəyin ən böyük azalmasını nümayiş etdirəcəyi gözlənilir.