Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qırğızıstan, Qazaxıstan və Tacikistan ərazilərində payızda keçiriləcək birgə təlimlərə hazırlaşır.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin birgə qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç jurnalistlərə bildirib.
“KTMT Birləşmiş Qərargahının prioritet vəzifələri həm də birgə əməliyyat və döyüş hazırlığı tədbirlərinin, o cümlədən Qırğızıstan, Qazaxıstan və Tacikistan ərazilərində bu ilin payızında planlaşdırılan birgə və xüsusi təlimlərin yüksək keyfiyyətli hazırlanması və uğurla keçirilməsidir”, - o qeyd edib.
Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və formal olaraq Ermənistan daxildir. Ermənistan faktiki olaraq təşkilatda iştirakını dondurub.