Misirdə parlament seçkilərinin birinci mərhələsi başa çatıb

Misirdə parlament seçkilərinin birinci mərhələsi başa çatıb backend

Misirdə parlament seçkilərinin iki gün davam edən birinci mərhələsi başa çatıb. Misirin 14 əyalətində açılmış 19 min seçki məntəqəsi yerli vaxtla saat 21:00-da bağlanıb. Komissiya üzvləri seçicilərin səslərinin hesablanmasına başlayıblar.



Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, seçkilərin bu mərhələsi respublikanın Əl-Cizə, Əl-Fəyyum, Bəni-Sueyf, Əl-Minya, Asyut, Əl-Vadi əl-Cədid, Sohaq, Kena, Luksor, Asuan, Qırmızı dəniz, İsgəndəriyyə, Buheyra və Marsa Matruh əyalətlərində keçirilib. Seçkilər normal, sakit şəraitdə və ciddi pozuntu olmadan keçib. Səsvermənin ikinci günü seçicilər daha fəal olublar.

Seçkilərin gedişini ölkədə fəaliyyət göstərən məhkəmə korpusunun təxminən 16 min qulluqçusu, çoxsaylı beynəlxalq və yerli müşahidəçilər izləyiblər.

Parlament seçkilərinin ikinci mərhələsi ölkənin 13 əyalətində noyabrın 22-23-də keçiriləcək. Misir Parlamentinin Nümayəndələr Palatasına birbaşa səsvermə yolu ilə 568 üzv seçiləcək. Onlardan 448-i müstəqil, 120-si partiya siyahısı üzrə müəyyən ediləcək. Parlamentin səlahiyyət müddəti 5 ildir.
Diaspora