Süni intellektdən elmi tədqiqatlarda istifadə maraqlı nəticələrə səbəb olur.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, İtaliyanın Piza Universitetinin əməkdaşları Vezuvi vulkanının püskürməsi zamanı zərər görmüş papirusları araşdırıblar. Süni intellekt və yüksək ayırdetməli fotonların köməyi ilə kömürləşmiş lövhələrdə mindən çox söz oxunub.
Əvvəllər adi mikroskopla bu papirusları oxumaq mümkün deyildi. Süni intellekt üçünsə kömürləşmə çox ciddi çətinlik yaratmır. Ən maraqlı nəticə qədim dövrün məşhur yunan filosofu Platonun (e.ə. 428 – e.ə. 348) akademiyası və qəbri barədə dəqiq məlumatın əldə edilməsi olub.
Papiruslardan birində göstərilir ki, böyük filosof “Akademiya bağında” xüsusi ayrılmış yerdə dəfn olunub. Məzar Muzalar məbədinin yanında yerləşir.
Platonun eradan əvvəl 387-ci ildə təşkil etdiyi Akademiya qədim Yunanıstanın beyin mərkəzi hesab edilirdi. Bu məktəb Elladada çox sayda filosofun, astronomun, siyasətçinin yetişməsinə kömək edib.