Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu

Rusiyaya işləməyə gedənlərin DİQQƏTİNƏ: bu işlər qadağan olundu backend

Rusiyanın Saratov vilayətində əmək miqrantlarına bu il mayın 1-dən dekabrın 31-dək ictimai nəqliyyatda, taksilərdə və ictimai iaşədə daşıma sahələrində işləmək qadağan ediləcək.

QAZİLER.AZ  Lent.az-a istinadla bildirir ki, müvafiq sərəncamı Saratov vilayətinin qubernatoru Roman Busargin imzalayıb.

Miqrasiya xidmətinin məlumatına görə, hökumətin göstərdiyi kimi, son bir ildə Rusiya regionuna gələn xarici vətəndaşların xüsusi çəkisi xeyli artıb. Bunlar əsasən əmək miqrantlarıdır.

Qeyd olunur ki, patentlər qeydiyyata alındıqdan sonra əcnəbilərin yalnız bir hissəsi rəsmi işə cəlb olunur. Bu da kölgə iqtisadiyyatının yüksək səviyyədə olduğunu göstərir.

 

 

Diaspora