Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Monteneqro Respublikasına rəsmi səfəri davam edir.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində paytaxt Podqoriça şəhərində "Partizan döyüşçüsü" abidəsini ziyarət edib. Milli Məclisin sədri adından abidənin önünə əklil qoyulub.
![](https://img.qaziler.az/gallery/2024/04/157808_662ca63625a2a.jpg)
![](https://img.qaziler.az/gallery/2024/04/157808_662ca63626a87.jpg)