Sidneydə terror təhlükəsi: məktəblər bağlandı

Sidneydə terror təhlükəsi: məktəblər bağlandı backend

Avstraliyanın Sidney şəhərində terror təhlükəsi ilə əlaqədar iki məktəb bağlanıb.



APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təhsil ocaqları şəhərin cənub-qərbində, Reversbi və Panania bölgəsində yerləşirlər.

Ərazi polis tərəfindən əhatəyə alınıb. Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, təhlükə kəsb edən məlumat sosial şəbəkələr vasitəsi ilə yayılıb. Hazırda polis araşdırma aparır.
Diaspora