Blinken İsrailə səfər edəcək

Blinken İsrailə səfər edəcək backend

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə İsrailə səfər edəcək.

QAZİLER.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, Blinken Fələstin anklavında atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş danışıqlarda irəliləyişləri müzakirə edəcək.

Həmçinin İsrailin Rəfahda planlaşdırdığı hərbi əməliyyat diqqət mərkəzində olacaq.

Məqalədə deyilir ki, Qəzzada vəziyyət son həftələr daha da pisləşib.

Havanın temeperaturunun qalxması əhali üçün əlavə problemə çevirilib.

Bundan əvvəl İsrailin Qəzza zolağında atəşkəs üçün Fələstinin HƏMAS radikal hərəkatına qarşı güzəştlərə getməyə və tələblərini yumşaltmağa hazır olduğu bildirilirdi.

İsrail tərəfi 40 yox, 33 girovun azad edilməsinə razıdır.

Həmçinin bildirilib ki, Misir öz vasitəçiliyi ilə İsrailə 22 günlük atəşkəs və İsrailin Rəfah əməliyyatının təxirə salınması müqabilində 20 girovu təhvil verməyi təklif edib.

 

 

Diaspora