İsveçrə təyyarəsi insidentə səbəb oldu

İsveçrə təyyarəsi insidentə səbəb oldu backend

Oktyabrın 19-da Fransanın Rusiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Nazirlikdə Fransanın qırıcı təyyarəsinin Rusiya Dumasının sədrini Cenevrəyə BMT-nin iclasına aparan təyyarənin yaxınlığında təhlükəli manevr etməsi ilə bağlı etiraz bildirilib, bunun Fransanın çoxtərəfli görüşlər və danışıqlar məkanı kimi imkanlarına kölgə saldığı qeyd olunub.

Fransanın Xarici İşlər Nazirliyi dərhal protestə reaksiya verərək F-18 markalı təyyarənin Fransaya deyil, İsveçrəyə məxsus olduğunu bildirib.

İsveçrə tərəfi həqiqətən də təyyarənin onlara məxsus olduğunu və bu uçuşun standart yoxlama proseduru olduğunu bildirdikdən sonra Moskva Parisdən diplomatik yolla üzr istəyib.
Diaspora