Pentaqon Ukrayna ilə bağlı suala cavab vermədi

Pentaqon Ukrayna ilə bağlı suala cavab vermədi backend

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun keçirilən mətbuat konfransında Ukraynanın Rusiya Federasiyası ilə qarşıdurmada qalib gəlmə şansı ilə bağlı sualı cavablandırmaqdan yayınıb.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinad edir. Onun sözlərinə görə, Ağ Ev Kiyev hakimiyyətinə özünü müdafiə etmək imkanı verməyə çalışır.

"Bizim üçün vacib olan odur ki, Ukrayna özünü müdafiə edə biləcək vəziyyətdədir və bu, daha geniş münaqişəyə səbəb olmasın”, – Pentaqon nümayəndəsi bildirib.

Eyni zamanda, Braun qeyd edib ki, “məhdudiyyətsiz təcavüz daha da böyük təcavüzə gətirib çıxarır”.

QAZİLER.AZ

Diaspora