Çin Rusiyanın hərbi sənayesinin bərpası üçün lazım olan komponentlərin əsas tədarükçüsüdür. ABŞ Moskva və Pekin arasında bu əlaqələri dayandırmaq üçün əlavə tədbirlər görməyə hazırdır. B
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Amerikanın NPR radiostansiyasına müsahibəsində deyib.
“Bu, Rusiya üçün müdafiə sənayesi bazasının, dəzgahların, mikroelektronikanın, optikanın bərpası üçün lazım olan ən vacib komponentlərin əsas tədarükçüsüdür. Biz artıq addımlar atmışıq. Çin bu fəaliyyətlərin qarşısını almaq üçün tədbirlər görməyə hazır olmasa, biz daha çox şey etməyə hazırıq”, - Blinken bildirib.
Bundan əvvəl Blinken ABŞ-nin Çinin inkişafını məhdudlaşdırmaq və Pekinə qarşı durmaq istəmədiyini iddia etmişdi.
QAZİLER.AZ