Kim Çen In müasir müharibəyə hazır kadrlar istəyir

Kim Çen In müasir müharibəyə hazır kadrlar istəyir backend

KXDR Dövlət Şurasının sədri Kim Çen In Koreya Xalq İnqilabi Ordusunun yaradılmasının 92-ci ildönümü münasibətilə Kim İr Sen adına Hərbi Akademiyaya səfəri zamanı müasir müharibəyə hazır olacaq daha çox hərbçi kadrların hazırlanmasına çağırıb.

Bu barədə “RİA Novosti” KCNA agentliyinə istinadən xəbər verir.

“Ordumuzun müqəddəs missiyası - suverenliyi qorumaq, ölkənin əmin-amanlığını və təhlükəsizliyini təmin etmək, o cümlədən Vətənin gələcəyi və ordumuzun yaradılmasının zirvədə olmalı, müasir müharibəyə tam hazır olan, hərbi işlər sahəsində daha çox kadr, etibarlı hərbi komandirlər yetişdirilməlidir”, - agentlik Şimali Koreya liderinin sözlərindən sitat gətirib.

Kim Çen In hərbi akademiyada auditoriya dərslərində də olub və tədris prosesinin modernləşdirilməsinin gedişi ilə tanış olub.

QAZİLER.AZ

Diaspora