Çin Xalq Respublikası “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin təxribatı ilə bağlı beynəlxalq təhqiqata başlamağa çağırıb.
Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bunu Çinin təşkilatdakı daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib. O, həmçinin ölkələri həqiqəti üzə çıxarmaq üçün Rusiya ilə birgə təhqiqatda fəal iştirak etməyə çağırıb. Görüş BMT-nin rəsmi “YouTube” kanalında yayımlanıb.
“Biz bir daha həqiqəti üzə çıxarmaq və eşitdirmək üçün BMT-nin rəhbərlik etdiyi beynəlxalq araşdırmanın sürətlə başlamasına çağırırıq. Biz müvafiq ölkələri birgə araşdırmada Rusiya ilə fəal şəkildə məşğul olmağa və əməkdaşlıq etməyə çağırırıq”, - Şuanq bildirib.
O əlavə edib ki, BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyət bu halda ikili standartlardan çəkinməlidir. Qenq vurğulayıb ki, qaz kəmərinin təxribatı ilə bağlı digər araşdırmalar az məlumat verib.
QAZİLER.AZ