Yaponiyalı kişi karate bacarığından istifadə edərək ona hücum edən ayı ilə döyüşüb.
Qaziler.az bildirir ki, bu barədə Daily Star xəbər verir.
50 yaşlı təcrübəli karateçi Masato Fukuda turist səfərində olduğu Hokkaydo adasının Naero şəhərində aqressiv yırtıcı heyvanın hücumuna məruz qalıb.
İdmançı yırtıcılarla üz-üzə gəlib və sağ qalıb.
Həmin şəxs şəlalələrə baxarkən yaxınlıqda iki ayı görüb. Çəkisi yarım ton, boyu yarım metr olan yırtıcılar kolların arasında gizlənərək Fukudaya baxıblar.
Qəhvəyi ayı qəfildən idmançıya hücum edib. Döyüş sənəti bacarığı olan Fukuda cəld reaksiya verib və ilk olaraq ayını vurub. O, yırtıcının üzünə vurub və bu, hər iki ayını qorxudub.
Bundan sonra idmançı tez maşına qayıdıb.
“Mən sadəcə şanslı idim. Elə oldu ki, ayı qaçdı, mən xilas oldum. Amma o, mənə hücum etsəydi, sağ qalmaq üçün şansım olmazdı”, - Fukuda deyir.
QAZİLER.AZ