Pakistanın Bəlucistan əyalətində avtobusda baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kvetta şəhərində qeydə alınıb.Partlayış zamanı avtobusda 40 nəfərin olduğu bildirilir. Ölənlərdən ikisi uşaqdır. Hadisənin terror aktı olduğu istisna edilmir. Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.