Lappeenranta (Finlandiya) meriyası qarşısında dalğalanan Ukrayna bayrağı vandallar tərəfindən bir neçə dəfə yerə salınıb.
Qaziler.az bildirir ki, bu barədə Yle xəbər verir.
Belə ki, artıq iki vandalizm faktı qeydə alınıb. İlk dəfə naməlum şəxslər bayrağı tutan kəndirləri kəsiblər, daha sonra bayraq yerə düşüb. İkinci dəfə bitişik bayraq dirəklərindəki kəndirlər də kəsilib ki, orada da bayraq asılmasın.
Artıq yerli hakimiyyət orqanları polislə əlaqə saxlayıb və bayraq dirəkləri təmir olunduğuna görə Ukrayna bayrağı da hələlik götürülüb.
"Ukrayna bayrağı ən qısa zamanda bayraq dirəyinə qaytarılacaq", - deyə Şəhərin meri Tuomo Sallinen bildirib.
QAZİLER.AZ