Filippinin şimal bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kalataqan yaşayış məntəqəsindən 3 km şimalda, ocağı isə 105, 5 km dərinlikdə yerləşib.Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.