Budapeştdə gürcü mühacirlərinin etiraz aksiyası fonunda Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə macar həmkarı Viktor Orban arasında görüş keçirilib.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, əksəriyyəti tələbələrdən ibarət onlarla gürcü mühacirlər xarici agentlər haqqında qanuna etiraz etmək üçün toplaşıb.
Onlar özləri ilə “Avropada Gürcüstanın gələcəyi”, “Uşaqlarımızı mühacirət gözləyir?”, “Ofşor şirkətlərinizi sahilimizdən çıxarın”, “Gürcüstanı xain hökumət işğal edib” plakatları gətiriblər.
Kobaxidze ilə Orbanın özünün görüşünə gəlincə, onun əsas mövzusu Gürcüstanın Aİ-yə inteqrasiyası olub,
Gürcüstanın baş nazirinin mətbuat xidməti bu barədə məlumat yayıb. Orban əmin edib ki, Macarıstan Gürcüstanı Avropa və Avro-Atlantik inteqrasiya yolunda dəstəkləyir.
Tərəflər son illər tərəfdaşlıq əlaqələrinin inkişafı baxımından da müsbət nəticələri qeyd ediblər. Sektor əlaqələrinin sonrakı inkişafı, ticarət-iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq barədə söhbət açılıb.
Kobaxidze çərşənbə günü Budapeştə işgüzar səfərə gedib. Bu gün o, Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransının açılışında iştirak edib.
QAZİLER.AZ