İsveç Latviyaya əsgər göndərəcək

İsveç Latviyaya əsgər göndərəcək backend

İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya inteqrasiyasını bu gün başa çatdırdığını və gələn ilin əvvəlində NATO-nun Latviyadakı batalyonuna hərbi qoşun göndərəcəklərini açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İsveçin Baş naziri Ulf Kristersson mətbuat konfransında İsveç Baş Qərargahı ilə NATO-nun birgə bəyannamə imzaladığını bildirib. O, İsveçin 2022-ci ildə NATO-ya üzvlük üçün başlatdığı prosesin başa çatdığını qeyd edib.

İsveçin Baş naziri Kristersson, "Gələn ilin əvvəlində hökumət Kanadanın rəhbərlik etdiyi NATO briqadasının Latviyaya əsgər göndərilməsi barədə qərar qəbul edib. Hərbi hissədə 400-dən 500-ə qədər şəxsi heyətlə yanaşı, CV 90 zirehli döyüş maşını və “Leopard” tankları da olacaq", - deyib.

QAZİLER.AZ

Diaspora