Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia edilir

Çadın ABŞ qüvvələrini ölkədən çıxaracağı iddia edilir backend

Çad hökumətinin ölkədə yerləşdirilən ABŞ qüvvələrini buradan çıxaracağı iddia edilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yerli media Çad hökuməti ilə ABŞ ordusu arasında hərbi əməkdaşlıq müqaviləsinin ləğv oluna biləcəyi ilə bağlı iddialar yayıb.

Çad hökumətinin Vaşinqton rəhbərliyinə yazılı bildiriş göndərdiyi, iki ölkə arasındakı razılaşmanın ləğv oluna biləcəyi və Çadda yerləşən ABŞ qüvvələrinin ölkədən çıxarıla biləcəyi ifadə edilir.

Çaddakı ABŞ əsgərlərinin sayı açıqlanmasa da, 100-ə yaxın olduğu təxmin edilir.

Mərkəzi Afrika ölkəsi Çadla bağlı iddiaların mayın 6-da keçirilməsi gözlənilən prezident seçkilərindən əvvəl ortaya çıxması diqqət çəkib.

Nigerdə ​​hərbi hökumət keçən ay qəbul etdiyi qərarla ABŞ ilə hərbi əməkdaşlıq müqaviləsinə xitam verildiyini açıqlayıb.

QAZİLER.AZ

Diaspora