İsveç blokun şərq sərhədində NATO qüvvələrini gücləndirmək üçün 2025-ci ilin əvvəlində Latviyaya qoşun göndərəcək.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu sözləri İsveç hökumətinin başçısı Ulf Kristersson Stokholmda keçirdiyi brifinqdə deyib.
“Bu gün səhər krallıq silahlı qüvvələrə NATO-nun məhdud mexanikləşdirilmiş batalyonunun Latviyada təliminə təlimat vermək üçün rəsmi qərar qəbul edib”, - Ulf deyib.
Kristersson bildirib ki, məqsəd 2025-ci ilin əvvəlinə qədər qoşunları tam şəkildə yerləşdirməkdir.
QAZİLER.AZ