Keniyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 38 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə NTV telekanalı humanitar təşkilatlara istinadən məlumat yayıb.
Ölkə üzrə qurbanların ümumi sayı 60 min nəfəri ötüb.
Paytaxt Nayrobidə bir çox küçələr çaya çevrilib. Sakinlərin bəziləri evlərinin damına qaçır, bəziləri isə şəhəri tərk etmək məcburiyyətində qalırlar.
Nayrobidə dəmir yolunun hərəkəti dayandırılıb.
Müxalifət Keniya prezidenti Vilyam Rutodan ölkədə milli fəlakət vəziyyəti elan etməyi tələb edir.
QAZİLER.AZ