Misir Fələstinin HƏMAS hərəkatının İsrail Silahlı Qüvvələrinə hücumlardan imtina etməsi müqabilində bir il müddətinə hərbi əməliyyatları dayandırmaq təşəbbüsünü İsrailə çatdırıb.
Qaziler.az bildirir ki, bu barədə “Əl Hadath” pan-ərəb telekanalı məlumat yayıb.
Misir hakimiyyəti HƏMAS hərəkatının Qəzza zolağında 12 ay müddətinə silahlı toqquşmaları dayandırmaq təklifini İsrail tərəfinə çatdırıb.
Qeyd edilib ki, fevral ayında HƏMAS Qəzza zolağında hərbi əməliyyatların dayandırılması müqabilində israilli girovların azad edilməsinə dair çərçivə razılaşması ilə bağlı Qətər və Misirə cavab təqdim etdiyini təsdiqləyib.
QAZİLER.AZ