Aprelin 25-də ÜmumBelarus Xalq Assambleyası (VNA) respublikanın yeni hərbi doktrinasını təsdiq edib və bu doktrinada Rusiya nüvə silahının öz ərazisində yerləşdirilməsi qeyd olunub.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Nümayəndələr iclasda təqdim olunan milli təhlükəsizlik konsepsiyasını da təsdiqləyiblər.
Yeni doktrinaya əsasən, Belarus Birlik Dövləti, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB çərçivəsində təhlükəsizliyini gücləndirmək, həmçinin ŞƏT-in hərbi komponentinin inkişafına kömək etmək niyyətindədir.
Yeni milli təhlükəsizlik konsepsiyası Belarus üçün əsas təhlükələri müəyyən edir: terror aktları, ekstremizm, ölkənin suverenliyinə hücumlar və ona qarşı sanksiyaların tətbiqi. Konsepsiyada belarus xalqı qorunmalı olan unikal tarixi birlik kimi təyin edilmişdir.
QAZİLER.AZ