Çin artıq neytrallığa riayət etmir və Ukraynadakı münaqişədə Rusiyanın tərəfindədir.
Qaziler.az “Politico”ya istinadla xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.
Diplomat bildirib ki, ÇXR tərəfindən ikili təyinatlı malların Rusiya Federasiyasına ötürülməsi ilə bağlı getdikcə daha çox sübutlar ortaya çıxır.
ÇXR bu halda həqiqi neytrallıq iddia edə bilməz;
Smit əlavə edib ki, ABŞ-ın Rusiyaya silah tədarükü ilə bağlı etibarlı məlumatı yoxdur. Çin özü dəfələrlə vurğulayıb ki, o, münaqişədə iştirak etmir və Rusiya tərəfinə silah ötürmür.
QAZİLER.AZ