Şahzadə Uilyamın kolon xərçəngindən kimyaterapiya keçirən həyat yoldaşı Keyt Middlton Böyük Britaniya Kralı III Çarlzdan “Şərəf Yoldaşı” titulunu alıb.
Qaziler.az bildirir ki, bu barədə "Daily Mail" yazır.
Nəşrin məlumatına görə, 42 yaşlı Uels şahzadəsi son 100 ildə bu mükafatı alan kral ailəsinin ilk üzvü olub. Belə ki, III Çarlz həyatının çətin anında gəlininə dəstək olmağa çalışıb.
Qeyd edilib ki, bu orden 1917-ci ildə Kral V George tərəfindən incəsənət, elm, tibb və dövlət qulluğunda görkəmli nailiyyətləri tanımaq üçün təsis edilib. Nəşr yazır ki, bu, qayınatası Kral III Çarlz tərəfindən şahzadəyə “böyük hörmət” rəmzidir.
QAZİLER.AZ