Moskva Türkiyə Hava Yollarının reyslərində yaranmış vəziyyətlə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə nota verib.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi məsələni öyrənir.
Qeyd edilib ki, fevralın sonundan etibarən Türkiyə Hava Yollarına məxsus “Turkish Airlines” şirkəti sərnişinləri, o cümlədən Rusiya vətəndaşlarını Latın Amerikası ölkələrinə uçuşlara buraxmayıb. Uçuşlardan uzaqlaşdırılan rusların fikrincə, səbəblər arasında “təmiz” pasport və ya baqaj çatışmazlığı var. Bəzən təyyarəyə buraxılmamağın səbəbi ilə bağlı suallara heç bir cavab verilmir. Zərərçəkmişlərdən birinin qeyd etdiyi kimi, Türk Hava Yolları ona izah edib ki, ölkəyə girişin qadağan edilməsi qərarını hava limanında təhlükəsizliyi təmin edən üçüncü tərəf şirkət verir.
QAZİLER.AZ