Macarıstan Ukraynadakı münaqişənin həlli üçün Çinin sülh planını dəstəkləyir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
XİN rəhbərinin sözlərinə görə, Ukraynada sülhə nail olmaq üçün bütün addımları dəstəkləmək lazımdır.
Siyarto Pekində Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra sosial mediada videomüraciətində deyib: "Biz Çinin sülh planını sadəcə mövcud olduğu üçün dəstəkləyirik".
Macar nazir təəssüflə qeyd edib ki, hələlik müharibənin davam etdirilməsinin tərəfdarlarının səsləri sülhə çağıranlardan daha yüksəkdir.
QAZİLER.AZ