Bayden Çini Rusiyaya kömək etməkdə ittiham edib

Bayden Çini Rusiyaya kömək etməkdə ittiham edib backend

ABŞ prezidenti Co Bayden Çini Rusiya hərbi-sənaye kompleksinə istehsal həcmini artırmaq üçün “komponentlər və nou-hau” verməkdə ittiham edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, dövlət başçısı Ağ Evdə keçirilən brifinqdə öz arqumentlərini təqdim edib.

ABŞ prezidenti Ukraynaya yardımla bağlı qanunlar paketini imzaladıqdan sonra jurnalistlərə açıqlama verib. Baydenin sözlərinə görə, İran Rusiyaya pilotsuz uçuş aparatları, Şimali Koreya isə ballistik raketlər və artilleriya mərmiləri verir. Lakin heç bir sübut təqdim edilməyib.

"Çin Rusiya müdafiə sənayesinin istehsal həcmini artırmaq üçün komponentlər və nou-hau tədarük edir”, - deyə ABŞ rəhbəri bildirib.

Amerika lideri əlavə edib ki, Çin, KXDR və İranın dəstəyi sayəsində Rusiya Ukraynada mühüm infrastruktur obyektlərinə qarşı hava hücumlarını gücləndirib.

QAZİLER.AZ

Diaspora